Siyəzəndə dələduzluqla 16 min manatı ələ keçirən şəxs saxlanıldı - VİDEO

Siyəzəndə dələduzluqla 16 min manatı ələ keçirən şəxs saxlanıldı - VİDEO
Video
Hadisə 69

Siyəzəndə dələduzluq edərək 16 min manatı ələ keçirən şəxs saxlanılıb.

BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən rayon sakini Mazan Əzimov saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi əməlləri etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, M.Əzimov vətəndaşlara qarşı dələduzluq etməklə ümumilikdə 16 000 (on altı min) manat civarında pulu ələ keçirib.

Faktlarla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır. Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları Mazan Əzimovun digər analoji cinayətlərdə iştirakını da istisna etmirlər. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102” xidməti zəng mərkəzinə, həmçinin Siyəzən RPŞ-yə müraciət etmələri xahiş olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO

İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...

2225 Video 23:53 10 yanvar 2023

Son xəbərlər