Siyəzəndə ağır avtomobil qəzası oldu, ölən və yaralananlar var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, Bakı-Quba yolunun 78-ci km-də, Siyəzən ərazisində “Nissan Mikra” markalı avtomobil “Mercedes ML”lə toqquşub.
Hadisə nəticəsində Siyəzən sakinləri: - 1987-ci il təvəllüdlü Fərqanə Mövlidxan qızı Abbasova, onun bacısı, 1985-ci il təvəllüdlü Əfsanə Mövlidxan qızı Tağıyeva, 2001-ci il təvəllüdlü Azər Ələbbas oğlu Ağayev, 2014-cü il təvəlludlü Əsma Firudin qızı Abbasova və Quba sakini, 2004-cü il təvəllüdlü Əminə Rövşən qızı Əliyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.
Qəza zamanı ağır xəsarət alan 1988-ci il təvəllüdlü Xalidə Xalid qızı Xəlilzadə hadisə yerində keçinib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda partlayış zamanı bu müğənni də gecə klubunda imiş - FOTO - TAM SİYAHI
Ötən gün 03:00 radələrində Bakı şəhəri Səbail rayonu, Əliyarbəyov küçəsində baş verən partlayış zamanı müğənni Nicat Məhərrəmov da gecə klubunda olub. BAKU.WS x...