Sinif yoldaşı ilə birləşib bibisinin evindən oğurluq etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafa rayon ərazisində 2 fərdi yaşayış evindən oğurluq edən şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakini Sarı Əmirov sinif yoldaşı Vüsal Böyükkişiyevlə qabaqcadan əlbir olaraq bibisinə məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan 3000 manat dəyərində müxtəlif növ məişət əşyalarını və 7000 manat dəyərində müxtəlif qızıl-zinət əşyalarını gizli yolla talayaraq oğurlayıb.
Həmin şəxslərin rayon ərazisində digər analoji cinayət hadisəsi törətmələri aşkar edilib. Belə ki, həmin şəxslər rayonun Dağ Kəsəmən kəndində digər bir evə qanunsuz yolla daxil olaraq oradan da müxtəlif məişət əşyalarını oğurlayıblar.
Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı onlar törətdikləri oğurluq hadisələrini etiraf edərək oğurladıqları əşyaları müxtəlif yerlərdə satdıqlarını bildiriblər.
Qalereya
Oxşar xəbərlər
Bibisinin evindən oğurluq edən şəxs saxlanılıb - FOTO
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şiştəpə kəndində oğurluq edən şəxs saxlanılıb. Daxili...