Şirvanda mikroavtobus qəzaya düşdü: Çox sayda yaralı var - FOTO

Şirvanda mikroavtobus qəzaya düşdü: Çox sayda yaralı var - FOTO
Foto
Hadisə 250

Şirvanda mikroavtobusla minik avtomobili toqquşub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Şirvan şəhəri Ş.Qurbanov küçəsində 10 saylı marşrut xətti üzrə işləyən sərnişin mikroavtobusu ilə “Mitsubishi Pajero” markalı avtomobil toqquşub. Mikroavtobus daha sonra fərdi yaşayış evinin hasarına çırpılıb. Telefon xəttinin dirəyi aşıb.

Qəza nəticəsində doqquz nəfər yüngül xəsarət alıb. Onlardan yeddi nəfər ambulator tibbi yardım alıb, iki nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər