Şirvanda avtomobillər toqquşub, xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Şirvan şəhəri ilə Sabirabad rayonunu birləşdirən Kür çayı üzərindəki körpünün yaxınlığında iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu gün axşam saatlarında “Mercedes” markalı avtomobillə digər avtomobil toqquşub.
Qəza nəticəsində Saatlı rayonunun Azadkənd kənd sakini, 1955-ci il təvəllüdlü Süleymanov Vaqif İsa oğlu və daha bir nəfər xəsarət alıb.
Şəxsiyyəti məlum olmayan bir nəfər xəsarəti yüngül olduğundan, ilk tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. V.Süleymanov isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
TƏBİB-dən Goranboyda qəzada xəsarət alan 21 nəfərlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib. Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib. Qeyd edilir ki, rayonun Qaramusalı...