Şirkət mühasibinə maskalı şəxs 14 bıçaq zərbəsi vurdu
28
may
2019
17:39
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət əməkdaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Turan Kubuşovun cinayət işi üzrə məhkəmə iclası davam edir.BAKU.WS "ölkə.az"a istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi may ayının 30-na təyin olunub.Qeyd edək ki, hadisə 2018-ci il aprelin 25-də Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində yerləşən turizm şirkətinin qarşısında baş verib. Şirkətin mühasibi, 1989-cu il təvəllüdlü Tərxan Namazov 20 min manat pulla ofisdən çıxıb avtomobilə tərəf gedərkən maskalı şəxs hücum edərək çantanı alıb qaçmaq istəyib.Lakin Tərxan ona müqavimət göstərdiyi üçün cinayətkar silaha əl atıb və mühasibə 14 bıçaq zərbəsi vurub. Ətrafdakı taksi sürücülərinin hadisə yerinə yaxınlaşdığını görən maskalı şəxs oradan qaçaraq uzaqlaşıb. T.Namazov xəstəxanaya yerləşdirilib.Hadisəni törətməkdə şübhəli bilinən Turan Kubuşov isə saxlanılıb.
Oxşar xəbərlər
Qonşusundan 20 il əvvəlin "namus" qisasını aldı
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Abbasov Ağayəhya Güloğlan oğlunun cinayət işi üzrə məhkəmə prosesi dava...