İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
Hadisə 53

Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, mayın 12-də saat 18 radələrində Ağdam rayonunun Təzəkənd ərazisində qurulmuş nəzarət postundan yayınaraq xidmət aparan polis əməkdaşlarına tabesizlik göstərməklə “UAZ” markalı avtomaşında olan 5 nəfər işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd göstərib.

Həmin şəxslərin saxlanılması təmin edilərək Ağdam Rayon Polis Şöbəsinə gətirilib.

Saxlanılan şəxslərlə profilaktiki səpkidə söhbətlər aparmaqla hər biri barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Karantin rejimini pozan 2 189 sürücü və sərnişin cərimələndi

Karantin rejimini pozan 2 189 sürücü və sərnişin cərimələndi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilə...

511 Sosial 10:48 04 aprel 2020

Son xəbərlər