Şəxsi münasibətlər zəminində tanışını öldürdü
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 40 yaşlı kişi qətlə yetirilib.
Bu barədə BAKU.WS-ə Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, aprelin 4-ü saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 29 ünvanında 1982-ci il təvəllüdlü Bəhruz Quliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rabil Qasımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəhruz Quliyevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.Rabil Qasımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.Hazırda cinayət işi üzrə istintaq davam edir.
Oxşar xəbərlər
Azərbaycanlı kriminal ünsürlərin qanlı razborkası – Dəhşətli cinayətlər
İyulun 31-də Hacıqabul rayonunda ölkəni şoka salan cinayət hadisəsi baş verdi. BAKU.WS teleqraf.com-a istinadən bildirir ki, həmin gün saat 06 radələrində Hacı...