Şəxsi ədavətinə görə tanışının evindən oğurluq etdi - FOTO

Şəxsi ədavətinə görə tanışının evindən oğurluq etdi - FOTO
Hadisə 366

Gədəbəydə oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Gədəbəy rayon Kəsəmən kənd sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslərin onun yaşadığı evə pəncərəni sındırmaq yolu qanunsuz daxil olaraq 3500 manat pulunu oğurladığını bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Qızıltorpaq kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş, 34 yaşlı Çingiz İbrahimov saxlanılaraq şöbəyə gətirilib.

Dindirilmə zamanı o, oğruluq hadisəsini zərərçəkən ilə şəxsi ədavəti olduğuna görə törətdiyini bildirib. Bundan başqa istintaq zamanı Ç.Poladovun Tovuz rayonunda da analoji cinayət hadisəsini törətdiyi məlum olub.Faktla bağlı araşdırmalar aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Cinlərə qonaqlıq verən ana-bala falçı həbs edildi — TƏFƏRRÜAT

Cinlərə qonaqlıq verən ana-bala falçı həbs edildi — TƏFƏRRÜAT

Falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova küllü miqdarda dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.Məşhur ana-b...

17544 Hadisə 11:45 13 iyul 2018

Son xəbərlər