Şəmkirdə evlərə xüsusi işarələr qoyulub yandırılır -VİDEO/FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkir rayonunun Zəyəm-Cırdxan kəndində ağlasığmaz hadisələr yaşanır.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, təxminən 15 günə yaxındır ki, naməlum şəxslər tərəfindən kənd sakinlərinin evlərinin yandırılmasına cəhd olunub, ot tayalarına od vurulub. Artıq 10-a yaxın evdə bənzər hadisələr yaşanıb.
Əhalinin sözlərinə görə, əsasən hadisələr gecə saat 2-3-dən sonra başlayır. Artıq kənd sakinləri gecələr növbə çəkməyə başlayıb. Gecələri oyaq qalan insanlar yaşanan vəziyyətdən qorxuya düşüb.
Vəziyyətlə bağlı polis də hərəkətə keçib.
Belə ki, hüquq mühafizə orqanı əməkdaşları kənd yolları, eləcədə kənd ətrafı ərazilərdə nəzarət gücləndirib. Hələlik hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Maraqlı fakt ondan ibarətdir ki, hər yandırılmağa cəhd edilən evlərin hasarlarına "X" işarəsi yazılıb.
Qalereya
Oxşar xəbərlər
28 yaşlı oğlan 78 yaşlı qadını zorlayıb öldürdü
Füzulidə zorlama və qətl cinayətləri törətməkdə təqsirli bilinən Salyan rayon sakini, 1990-cı il təvəllüdlü Yaqub Abbasovun cinayət işi üzrə məhkəmə prosesi baş...