Şəmkirdə avtoxuliqan saxlanılıb - FOTO

Şəmkirdə avtoxuliqan saxlanılıb - FOTO
Foto
Hadisə 24

Şəmkirdə avtoxuliqanlıq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Şəmkir RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində tədbirləri davam etdirirlər.

Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan tədbir zamanı sürücülük hüququ olmadan, alkoqollu içki və ya narkotik vasitə qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Araşdırmalar zamanı məlum olub ki, rayon sakini Babək Bayramlı özünəməxsus “Chevrolet” markalı avtomobillə avtoxuliqanlıq edib və cəmiyyətin haqlı narazılığına səbəb olub. Sürücü saxlanılaraq avtomobili müvəqqəti duracağa yerləşdirilib, barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə B.Bayramlı 30 gün inzibati qaydada həbs olunmaqla sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər