Şəmkirdə 13 yaşlı qız itkin düşüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkirdə 13 yaşlı qız itkin düşüb.
"Report"un Qərb bürosunun məlumatına görə, Şəmkir rayonunun Dəllər Cəyir kənd sakini, 2010-cu il təvəllüdlü F.M. sentyabrın 10-da axşam saatlarında yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedərək itkin düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, itkin düşən yeniyetmənin yaxınları bununla bağlı Şəmkir rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər.
"Hazırda F.M-nin tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir", - E.Qasımov qeyd edib.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...