Şəmkirdə 10 yaşlı uşağı traktor vuraraq öldürüb

Şəmkirdə 10 yaşlı uşağı traktor vuraraq öldürüb
Hadisə 38

Şəmkirdə 10 yaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Keçili kəndində qeydə alınıb.

Kənd sakini, 2014-ci il təvəllüdlü Rəvan Əsgərovu traktor vurub. O, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər