Şəhid ailələrinə qarşı Kərbəla ziyarəti adı ilə dələduzluq etdiyi deyilən “Hacı xanım”la bağlı DİN-dən açıqlama - YENİLƏNİB

Şəhid ailələrinə qarşı Kərbəla ziyarəti adı ilə dələduzluq etdiyi deyilən “Hacı xanım”la bağlı DİN-dən açıqlama - YENİLƏNİB
Hadisə 234

Dələduzluğa məruz qalmaları iddiası ilə çıxış edən 48 zəvvarın heç birinin polis orqanına müraciəti daxil olmayıb.\

Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

Qeyd olunub ki, şikayəti olan şəxslərin rəsmi müraciət etmələri tövsiyyə olunur.

Yayılan məlumatlarla bağlı araşdırma aparılır.

*** 10:58

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadıldıqlarını iddia edirlər.

BAKU.WS xezerxeber.az-a istinadən xəbər verir ki, bu gün günorta saat 14:20-də İraqa uçmalı olan zəvvarlar onlara saxta bilet verildiyini son anda hava limanında biliblər.

Qeydiyyat üçün yaxınlaşdıqda məlum olub ki, onların biletlərinin nömrəsi yoxdur.

Bir çoxu şəhid ailəsi olan zəvvarlar ziyarət üçün 750 manat pul ödəyiblər. Aylardır ki, ziyarəti gözləyən insanlar bütün günü hava limanında cavab gözləyiblər.

Zərərçəkənlərin şikayəti əsasında polis vətəndaşları aldatdığı iddia edilən və özünü “Hacı xanım” kimi təqdim edən şəxsi şöbəyə aparıblar.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Ata Abdullayev bu kriminal dəstənin üzvü olub – 100 min manatlıq qarət...

Ata Abdullayev bu kriminal dəstənin üzvü olub – 100 min manatlıq qarət...

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri s...

9582 Hadisə 12:27 16 mart 2021

Son xəbərlər