Şəhərdə qaydaları pozan və hörmətsizlik edən “avtoş” saxlanıldı - FOTO

Şəhərdə qaydaları pozan və hörmətsizlik edən “avtoş” saxlanıldı - FOTO
Foto
Hadisə 309

Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıq şəkildə hörmətsizlik edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla xuliqanlıq edərək rayon ərazisində ictimai qaydanı nümayişkəranə şəkildə pozan Hüseyn Məhərrəmov yaxalanıb.

Həmin şəxs saxlanıldıqdan sonra RPŞ-yə gətirilib, idarə etdiyi avtomobil müvəqqəti duracağa yerləşdirilib.

H.Məhərrəmovun barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə protokol tərtib edilib, baxılması üçün məhkəməyə göndərilib. Məhkəminin qərarı ilə H.Məhərrəmov 20 gün müddətinə inzibati qaydada həbs edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər