İşçiləri daşıyan iki avtobus toqquşdu - 1 ölü, 27 yaralı - FOTO

İşçiləri daşıyan iki avtobus toqquşdu - 1 ölü, 27 yaralı - FOTO
Hadisə 4

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş veib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Bartın şəhərində qeydə alınıb.

İşçiləri daşıyan iki servis avtobusu qarşı-qarşıya gələrək toqquşub.

Qəza zamanı bir nəfər ölüb, 27 işçi isə yaralanıb.

İşçiləri daşıyan iki avtobus toqquşdu - 1 ölü, 27 yaralı - FOTO

Hadisə yerinə polis əməkdaşları və təcii yardım çağırılıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara aparılıblar.

27 yaralıdan ikisinin vəziyyəti ağırdır.

Bartın bələdiyyə sədri Hüseyin Fahri Fırıncıoğlu qəza yerinə gəlib. O bədbəxt hadisə ilə bağlı geniş araşdırmalara başlanılacağını bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər