Şamaxı və Qaxda pirotexniki vasitələr satan şəxslər saxlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxı və Qaxda ərzaq mağazasında pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, rayonun Şəhriyar qəsəbəsində Aydın Qurbanovun işlətdiyi mağazada gizli şəkildə pirotexniki vasitələr satılması barədə məlumat daxil olub.
Obyektə baxış zamanı oradan partlayıcı və tezalışan maddələr aşkarlanaraq götürülüb.
Qax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən şəhər sakini Bəkir Əmişov saxlanılıb. Onun fəaliyyət göstərdiyi mağazaya baxış keçirilən zaman pirotexniki vasitələr aşkar olunaraq götürülüb.
Hər iki şəxs barəsində protokollar tərtib olunub və baxılması üçün rayon məhkəmələrinə göndərilib.
Qalereya
Oxşar xəbərlər
Bir neçə gün əvvəl saxlanılan şəxslər yenidən eyni əməli törədiblər - VİDEO/FOTO
Bir neçə gün əvvəl pirotexniki vasitələrin satışını həyata keçirdikləri üçün inzibati məsuliyyətə cəlb edilən şəxslər yenidən eyni əməllə məşğul olduqları üçün...