Şagirdləri pomidor çığırtması bişirən məktəb direktoru CƏZALANDIRILDI
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda sinif otağında şagirdlərin yemək bişirməsinə şərait yaradan məktəb direktoruna şiddətli töhmət verilib.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, paytaxtdakı 48 nömrəli tam orta məktəbdə şagirdlərin yemək hazırlaması ilə bağlı yayılan videogörüntü ilə əlaqədar İdarə araşdırma aparıb:
"Araşdırma nəticəsində vəzifə funksiyalarını yerinə yetirərkən məsuliyyətsizliyə yol verdiklərinə görə 48 nömrəli tam orta məktəbin direktoru Aynurə Bağırovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Solmaz Çobanovaya isə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, töhmət verilib".
Qeyd edək ki, videogörüntü ötən tədris ilində (16 may 2022-ci il) çəkilib. Həmin vaxt məktəb rəhbərliyi tərəfindən sinif rəhbəri, müəllim və məktəb psixoloqu barəsində intizam tənbeh tədbiri görülüb.
Oxşar xəbərlər
Kürdəmirdə təhsil işçiləri məktəbə basqın edib? - RƏSMİ AÇIQLAMA - VİDEO
Kürdəmir rayonunda məktəbdə qorxulu anlar yaşanıb. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, söhbət rayonun E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbindən...