Şabranda meşə yanğını ilə bağlı amfibiya təyyarəsi qaldırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir.
FHN-dən BAKU.WS-ə verilən məlumata görə, hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub.
Qeyd edək ki, dünən günorta saatlarından etibarən Şabran rayonunda baş vermis yanğınların söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir. Hal-hazırda rayonun yanğınsöndürmə işləri davam etdirilir.
Oxşar xəbərlər
FHN yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib (FOTO/VİDEO)
Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib. Nazirlikdən BAKU.WS-ə daxil olan müraciətdə deyilir: "Yay mövsümü kənd təsə...