Sevgilisini öldürüb divara qanı ilə yazı yazan azərbaycanlının yeni görüntüsü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə qeyri-rəsmi münasibətdə yaşadığı 18 yaşlı qadını öldürərək, divara qanı ilə “xəyanətin cəzası ölümdür” yazan azərbaycanlının yeni görüntüləri yayılıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Gaziosmanpaşada 18 yaşlı Sevilay Kayanı bıçaqla boğazını kəsərək öldürən Vüsal Orucovun hadisə baş verən binadan qaçış görüntüləri təhlükəsizlik kameralarına düşüb. O, hadisə yerini piyada olaraq tərk edib.
Xatırladaq ki, hadisə sentyabrın 5-də baş verib. İddiaya görə, Vüsal Orucov onu aldatdığını düşündüyü Sevilayı öldürdükdən sonra bir müddət evdə qalıb.
Daha sonra isə binadan çıxaraq hadisə yerini tərk edib. Hadisə yerinə polisləri və həkimləri qonşular çağırıb.
Oxşar xəbərlər
Ərini yataqda öldürən Aynurədən ŞOK SÖZLƏR: "Mənə elə şey təklif etdi ki…"
Göygöl rayonunda ərini öldürməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Aynurə Qəhrəmanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS teleqraf.com...