Sərxoş halda canlı yayım açan hərbi hissə mühəndisi - Həbs olundu

Sərxoş halda canlı yayım açan hərbi hissə mühəndisi - Həbs olundu
Hadisə 43

"TikTok"da açdığı canlı yayımda cəmiyyətə qarşı açıq hörmətsizlik edən şəxs məsuliyyətə cəlb olunub.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Tovuzda yaşayan Füzuli rayon sakini 50 yaşlı Eldar Rzayevin (ad şərtidir) canlı yayım zamanı nalayiq ifadələr işlətməsi ilə bağlı polis tərəfindən tədbir görülüb.

Məlum olub ki, o, canlı yayıma ağır dərəcəli sərxoş vəziyyətdə çıxıb və cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirən qeyri-etik paylaşımlar edib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edilərək məhkəməyə göndərilib.

Rzayev izahatında etdiyi hərəkətlərdən peşman olduğunu desə də, məhkəmənin qərarına əsasən ona 25 sutka inzibati həbs verilib.

Qeyd edək ki, həbs edilən şəxs "N" saylı hərbi hissədə mühəndis vəzifəsində işləyir.

Son xəbərlər