Sərhəddən "Mercedes"lə heroin keçirən şəxs tutuldu - VİDEO

Sərhəddən Mercedeslə heroin keçirən şəxs tutuldu - VİDEO
Video
Hadisə 291

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstana gedən "Mercedes-Benz 190" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb.

Bu barədə BAKU.WS-ə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat daxil olub.

Məlumata görə, Azərbaycan Respublikası vətəndaşları olan sürücü və sərnişin şifahi sorğu-sual olunubSorğu-sual zamanı onlar nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən gömrük yoxlaması zamanı avtomobilin mühərrikxana və siləcəklərin mühərrik hissələrindəki boşluqlarda 4 ədəd bükümdə ümumi çəkisi 2 kq olan narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər