Sənədləri olmayan torpaqları vətəndaşlara sataraq dələduzluq edənlər saxlanıldı
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Binə qəsəbəsində müvafiq sənədləri olmayan torpaq sahələrinin satışını həyata keçirən, eləcə də tikintiyə razılıq alacaqları vədi ilə insanların etibarından sui-istifadə edərək dələduzluq əməlləri törədən 46 yaşlı Zaman Babayev və 48 yaşlı Bərxudar Səmədov saxlanılıblar.
BAKU.WS-in məlumatına görə, bu şəxslər qabaqcadan əlbir olaraq sənədləri olmayan torpaqları müxtəlif şəxslərə sataraq ümumulikdə zərərçəkənlərə 154800 manat məbləğində maddi ziyan vurublar.
Faktla bağlı cinayət işi başlanılıb, Z.Babayev və B.Səmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Onların qanununsuz əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.
Oxşar xəbərlər
Azərbaycanda ötən gün borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılıb
Azərbaycanda yanvarın 1-də borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki...