Şəkər xəstələrinin dərman növbəsində İZDİHAM - TƏBİB-dən açıqlama

Sumqayıt şəhərində şəkər xəstələrinə dərman vasitələrinin paylanması zamanı sıxlıq yaranıb.
BAKU.WS xəbər verir ki, bu barədə kadrlar sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən aydın olur ki, dərmanların verilməsi zamanı növbəlilik prinsipi gözlənilməyib və bu da xəstə vətəndaşlar arasında narazılığa səbəb olub. Kadrlarda insanların bir-birini itələdiyi, gərgin anların yaşandığı açıq-aşkar görünür.
Hadisənin səbəbləri barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət etdik.
Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, hadisəyə səbəb Sumqayıt Tibb Mərkəzinin nəzdindəki 2 nömrəli Xəstəxanasında vətəndaşların müraciətlərinin eyni günə təsadüf etdiyindən dərman vasitələrinin verilməsində sıxlıq yaranıb:
"Qısa müddət ərzində növbəlilik prinsipi gözləməklə bütün şəkər xəstələrinə dərmanların verilməsi həyata keçiriləcək. Məlumat üçün bildirək ki, sözügedən tibb müəssisəsinin Poliklinika şöbəsinin qeydiyyatında 7 500 şəkər xəstəsi var".
"Qeyd edək ki, imtiyazlı dərmanların paylanılması Sumqayıt Tibb Mərkəzinin Mərkəzi aptekinin 5 məntəqəsində həyata keçirilir. Vətəndaşların dərman təminatı qeydiyyatda olduğu ərazilər üzrə təmin olunur.
Məlumat üçün bildiririk ki, dərman təminatı imtiyazlı xəstə sayına uyğun olaraq təmin edilir. Dərman vasitələrinin paylanılması prosesi hər ayın 10-dan 20-dək icra olunur. Vətəndaşlardan növbəlilik prinsipi əsasında qeyd olunan tarixlərdə qeydiyyata olduğu tibb müəssisələrinə yaxınlaşmaları xahiş olunur", - məlumatda qeyd olunub.
Banu Hüseynli
Oxşar xəbərlər
Sel suları Xaçmazın kəndlərinə ziyan vurub, problemin həlli yönündə işlər görülür
Qudyalçay üzərindəki körpünün yararsız vəziyyətə düşməsi 10-a yaxın kəndin Xaçmazın rayon mərkəzi ilə əlaqəsini çətinləşdirib. BAKU.WS report-a istinadən xəbər...
