Səhər saatlarında VAZ-la avtoxuliqanlıq etdi - ANBAAN VİDEO

Səhər saatlarında VAZ-la avtoxuliqanlıq etdi - ANBAAN VİDEO
Video
Hadisə 277

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Müşfiq Qasımov idarə etdiyi VAZ markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, avtoxuliqanlıq edib və bununla da ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Müşfiq Qasımov sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Goranboyda avtoxuliqanlıq edən şəxs saxlanılıb - VİDEO

Goranboyda avtoxuliqanlıq edən şəxs saxlanılıb - VİDEO

Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (ŞBPİ DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə...

155 Hadisə 10:17 18 noyabr 2021

Son xəbərlər