Saxta diplom satmaq ittihamı ilə həbs olunan sabiq rektor ölüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə Müəllimlər İnstitutunun keçmiş rektoru Ramiz Məmmədov bu gecə dünyasını dəyişib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, Ramiz Məmmədov uzun sürən şəkər xəstəliyindən əziyyət çəkirdi.
O, Gəncə şəhərinin qəbiristanlıqlarından birində torpağa tapşırılacaq.
Bildirək ki, Ramiz Məmmədov 2000-ci ildən 2013-cü ilədək Azərbaycan Müəllimlər İnstitutunun Gəncə Filialının direktoru vəzifəsində çalışıb.
2013-cü ildə Təhsil Nazirliyinin apardığı yoxlamalar nəticəsində işdən azad olunub və filial ləğv edilib.
Ramiz Məmmədov barəsində saxta diplom satmaq və digər əməllərlə təqsirli bilinərək bir müddət azadlıqdan məhrum edilib və sonradan azadlığa çıxmışdı.
Məhz bu qanunsuz fəaliyyətlər nəticəsində Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun fəaliyyətini tamamilə ləğv edib.
Oxşar xəbərlər
Fazil Məmmədovu ittihamlara cavab vermək üçün Bakıya çağırırlar
İşdən çıxarılandan 11 ay sonra sabiq vergilər nazirinin Gəncədəki xəstəxanasında yoxlamalar başlaması təsadüfi deyil və bu, digər obyektlərdə də təftişlər olaca...