Saray qəbiristanlığında dağıntı törədildi
Abşeronun Saray qəsəbəsində yerləşən qəbiristanlıqda məzarların ətrafına çəkilən kiçik hasarlar dağıdılıb, dəmir məhəccərlər çıxarılaraq oğurlanıb.
Bu barədə sakinlər "Xəzər Xəbər"ə danışıblar. Onlar bu vəziyyətdən məzarları ziyarətə gələn zaman xəbər tutduqlarını deyiblər.
Məsələ ilə bağlı Saray qəsəbəsi üzrə İcra nümayəndəliyindən bildirilib ki, hadisədən xəbərdardırlar. İnsidentlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Abşeron rayon Polis İdarəsindən isə qeyd edilib ki, məsələ barədə dərhal araşdırma aparılıb və hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb olunub.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
Azərbaycanlı çoban dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olub. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı Berd rayon...