Samux polisi avtomobil qaçıran şəxsləri saxlayıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabr ayının 14-də axşam saatlarında Gəncə şəhər sakini A. Abdürrəhmanov Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə müraciət edərək müştəri qismində əyləşən iki nəfər naməlum şəxsin onu döyərək “Toyota Prius” markalı avtomobilini əlindən alaraq qaçırdıqlarını bildirib.
Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Sərxan Mürsəlov və Eşqin Mustafayev Samux rayonu ərazisində saxlanılaraq aidiyyəti üzrə istintaqa təhvil veriliblər.
Qalereya
Oxşar xəbərlər
Rəşad Dağlının ŞOK İFADƏLƏRİ - FOTO/VİDEO
2022-ci il noyabrın 9-u səhər saat 5-də vətəndaş Samir Adıgözəlov Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək, Lökbatan dairəsi yaxınlığında naməlum ş...