Salyanda avtoxuliqanlıq edib videosunu "TikTok"da paylaşdı, həbs edildi

Salyan rayonunda avtoxuliqanlıq edib videosunu paylaşan sürücü həbs edilib.
BAKU.WS-in məlumatına görə, Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücünü saxlayıblar.
Rayon sakini Nihat Babayev idarə etdiyi "Tofaş" markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini "TikTok" sosial şəbəkəsində paylaşıb.
Onun barəsində protokol tərtib olunaraq baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə N.Babayev sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla 1 ay müddətinə inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Bakıda küçədə tanış olduğu kişini evinə gətirdi: Arvadının yanında qoyub Gəncəyə GETDİ
Bakıda qadına bıçaqla hücum edən şəxs həbs edilib. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Şirvan şəhər...
