Salyanda avtomobil traktora çırpılıb, yaralanan var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Salyanda avtomobil traktora çırpılıb, xəsarət alan var.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayonun Dayıkənd kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, kənd sakini, 1972-ci il təvəllüdlü Hüseynov Azad Seyfəddin oğlu idarə etdiyi “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarında dayanan traktora çırpılıb.
Qəza nəticəsində sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
TƏBİB-dən Goranboyda qəzada xəsarət alan 21 nəfərlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib. Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib. Qeyd edilir ki, rayonun Qaramusalı...