Sahil Bağında qızı bıçaqlamaqda şübhəli bilinən şəxsə cinayət işi açılıb - YENİLƏNİB
Bakıda, Üzeyir Hacıbəyov küçəsində yerləşən Sahil bağında qızı bıçaqlayan şəxslə bağlı cinayət işi açılıb.
Bu barədə BAKU.WS-ə açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı Nurlan Əliyev bildirib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Sadıq Sadıqov müəyyən olunaraq saxlanılıb.
İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib. S.Sadıqov barədə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
***15.59
Bakıda Üzeyir Hacibəyov küçəsində yerləşən Sahil bağında gənc oğlan qızı bıçaqlayıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Şahidlərin dediyinə əsasən, cinayəti törətdikdən sonra ərazidən qaçmaq istəyən şəxsi polis əməkdaşları saxlayıb.
Hadisədən sonra bıçaqlanan qadın isə təcili təibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanaya aparılıb.
Oxşar xəbərlər
Azərbaycanda sevgi faciəsi: Bütün kənd onu öldürməyə yığışmışdı - əmisi gəlinini... - FOTO
2018-ci il oktyabrın 22-də Daxili İşlər Nazirliyinin "102" xidmətinə Qubanın Tülər kəndi ərazisində üzərində xəsarətləri olan kişi meyitinin tapılması barədə mə...