Sabunçuda ev yanıb, 3 nəfərin yanmış meyiti tapılıb
18
mar
2025
19:33
Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.
BAKU.WS xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumata görə, ümumi sahəsi 80 m² olan, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1-i uşaq olmaqla 3 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT
Azərbaycanda universitetlərdən birində təhsil alan iki tələbə qız şantaj edilib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, futbol məşqçisi olan Bakı şəhər saki...