Sabirabadda zəncirvari qəza: Xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Sabirabad şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Muğan prospektində qeydə alınıb.
Belə ki, “QAZ-3110”, “İsuzu” və “Mercedes-Benz” markalı avtomobillərin iştirakı ilə zəncirvarı qəza olub.
Hadisə nəticəsində rayonun Qalağayın kənd sakinləri, 1989-cu il təvəllüdlü Allahverdiyev Cavid Cabir oğlu, 2000-ci il təvəllüdlü Əliyev İsmayıl Teymur oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Mirsahib Mirnəsihət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sabirabadda yol qəzası olub, xəsarət alanlar var
Sabirabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Qalağayın kəndində qey...