Sabiq deputatlığa namizədin ölkədən çıxışına “stop” qoyuldu

Sabiq deputatlığa namizədin ölkədən çıxışına “stop” qoyuldu
Hadisə 151

İş adamı Anar Məmmədovun Azərbaycandan çıxışı məhdudlaşdırılıb.

BAKU.WS kriminalqafqaz-a istinadən xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsi qətnamə çıxarıb. Proses hakim Leyla Əliyevanın sədrliyi ilə keçirilib.

Dövlət Vergi Xidmətinin məhkəməyə müraciəti əsasında Məmmədov Anar Sədrəddin oğlunun ölkədən çıxışına məhdudiyyət qoyulub. Onun “By Mammadov” şirkətinə aid 3700 manata yaxın vergi borcunu ödəmədiyi bəlli olub.

Qeyd edək ki, Anar Məmmədov uzun illər bank və sığorta sektorunda çalışıb. Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin elmi işçisidir. Polis Akademiyasında müəllim işləyir. O, sonuncu parlament seçkilərində deputatlığa namizəd olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Elmar Məmmədyarova ağır itki - FOTO - YENİLƏNİB

Elmar Məmmədyarova ağır itki - FOTO - YENİLƏNİB

Görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, Neft-Kimya Prosesləri İnstitutunun Sintetik yağların sintez və texnolo...

2049 Hadisə 19:09 02 yanvar 2022

Son xəbərlər