Səbinə Katanovaya qarşı dələduzluq edən vəkilin həbsdən FOTOSU - YENİLƏNİB

Səbinə Katanovaya qarşı dələduzluq edən vəkilin həbsdən FOTOSU - YENİLƏNİB
Hadisə 745

Məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilən keçmiş vəkil Vüqar Səfərlinin həbsdən görüntüsü yayılıb.

BAKU.WS Lent.az-a istinadla həmin görüntünü təqdim edir:

Səbinə Katanovaya qarşı dələduzluq edən vəkilin həbsdən FOTOSU - YENİLƏNİB

***12:14

Keçmiş vəkil, külli miqdarda dələduzluqda təqsirləndirilən Vüqar Səfərli barəsində məhkəmə araşdırması başa çatıb.

BAKU.WS Kriminalqafqaz-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Hökmə əsasən, V.Səfərli 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Vüqar Səfərli bir neçə vətəndaşın etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır. V.Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış bloger Səbinə Katanovadır. Keçmiş vəkilin ona 130 min manatdan çox zərər vurduğu bildirilir.

Vüqar Səfərli bir müddət əvvəl Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər