Rusiyadan gələn sürücü qəbiristanlığın yaxınlığında qəza törətdi - VİDEO

Rusiyadan gələn sürücü qəbiristanlığın yaxınlığında qəza törətdi - VİDEO
Video
Hadisə 160

Abşeron rayonunda yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, qəza Bakı-Sumqayıt şosesində, Xırdalan qəbiristanlığının yaxınlığında qeydə alınıb.

Elman Ağaməmmədov DAF markalı yük maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə, nəqliyyat vasitəsi yolayırıcı beton arakəsmələrə çırpılıb.

Qəza zamanı sürücü yüngül xəsarət alıb, avtomobil isə deformasiyaya uğrayıb.

Sürücünün bildirdiyinə görə, o, Rusiya Federasiyasından Bakıya qapı gətirirmiş. Yolun bir hissəsinin qazılması, eyni zamanda yağışlı hava şəraiti səbəbindən idarəetməni itirib.

Zərbənin gücündən yük maşınının yanacaq çəni zədələnib və dizel yola dağılıb.

Əraziyə Dövlət Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yağışlı havada Bakıda baş verən qəzalar - VİDEO

Yağışlı havada Bakıda baş verən qəzalar - VİDEO

Bakıda yağışlı havada sürəti düzgün seçməyən sürücü sərt döngədə ağır qəzaya səbəb olub. Qəfil əyləcdən istifadə etdiyi üçün sürücü sükana nəzarəti itirərək avt...

4540 Hadisə 09:01 11 may 2020

Son xəbərlər