Rusiyada öldürülən 17 yaşlı azərbaycanlı tələbənin nəşi Gəncəyə göndərildi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Volqoqrad şəhərində xüsusi amansızlıqla qətlə yetirilən 17 yaşlı həmvətənimiz Timur Valeri oğlu Qavrilovun nəşi Gəncə şəhərinə göndərilib. Gəncə şəhərində mərhumun anası yaşayır və Timur Qavlirov Gəncə şəhərində torpağa tapşırılacaq.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, nəşin Azərbaycana göndərilməsində Azərbaycanın Rusiyadakı səfirliyinin, həmçinin Volqoqrad şəhərində yaşayan azərbaycanlıların xüsusi köməyi olub.
Məlumat üçün bildirək ki, Timur Qavrilov iyunun 13-də xüsusi amansızlıqla bıçaqlanaraq qətlə yetirilib.
Azərbaycanın Rusiyadakı səfirliyi cinayət işinin istintaqını nəzarətə götürüb. Hadisəni törədən şəxs və ya şəxslərin həbs olunması ilə bağlı bütün tədbirlər səfərbər edilib.
Oxşar xəbərlər
Rusiyada öldürülən 33 yaşlı İlahənin qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR - FOTO
Rusiyada qətlə yetirilən 33 yaşlı azərbaycanlı qadının ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub.BAKU.WS ONA-ya istinadən xəbər verir ki, Rusiyanın Xabarovsk...