Rusiyada azərbaycanlı gənc ad günündə dostu ilə birgə öldü
Yeniliklərdən dərhal xəbərdar olun
İki azərbaycanlı gənc Rusiyada ölüb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ölkənin Tver vilayətində baş verib.
Belə ki, Oğuz rayon Padar kənd sakini, 2000-ci il təvəllüdlü Peyman Xanlar oğlu Xəlilov və onun dostları P. Xəlilovun doğum gününü restoranlardan birində qeyd ediblər.
Sonra vəziyyətləri pisləşən dostlar xəstəxanaya yerləşdiriliblər. Lakin 23 yaşlı P. Xəlilov və dostu göstərilən bütün müdaxilələrə baxmayaraq vəfat edib.
Digər iki şəxsin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Gənclərin qidadan zəhərləndiyi ehtimal olunur.
Oxşar xəbərlər
TƏBİB-dən Goranboyda qəzada xəsarət alan 21 nəfərlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib. Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib. Qeyd edilir ki, rayonun Qaramusalı...