Rusiya polisi azərbaycanlıların həbs edilməsinin görüntüsünü yaydı - VIDEO

Rusiya polisi azərbaycanlıların həbs edilməsinin görüntüsünü yaydı - VIDEO
Hadisə 1891
 

Rusiya Daxili İşlər Nazirliyi (DIN) keçmiş polis rəisi və ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 3 azərbaycanlının saxlanılma videosu yayıb. ANS PRESS-in məlumatına görə, DIN onların saxlanması üçün xüsusi əməliyyat keçirib.

Şübhəlilərdən ikisi qaldıqları evdə, biri isə avtobus dayanacağında tutulub. Saxlanan hər üç azərbaycanlıya qarşı rəsmi ittiham irəli sürülməsə də onlar barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxslər Babayev İslam Arzu oğlu, Zöhrabov Orxan Şirəli oğlu və Fətəliyev Roman Rauf oğludur.

"Rayon prokurorluğu tərəfindən saxlanılan şəxslərin iki ay müddətinə həbs edilməsi barədə vəsatət təmin edildi və onlar tutuldular. İttiham aktı həbs edilən şəxslərə hələlik təqdim edilməyib", - deyə bu barədə Sızran rayon prokuroru Yevgeni İxra bildirib.

BAKU.WS

Oxşar xəbərlər

İlhamə Quliyevanın köməkçisi həbsdə qaldı

İlhamə Quliyevanın köməkçisi həbsdə qaldı

Bu gün Səbail Rayon Məhkəməsində İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynovanın məhkəmə prosesi keçirilib. BAKU.WS məlumat verir ki, M.Hüseynovanın...

1522 Hadisə 13:17 13 fevral 2016

Son xəbərlər