Rövşən Lənkəranskinin yaxın adamı atışma zamanı öldürüldü – FOTO

Azərbaycanlı kriminal avtoritet Köçəri Sumqayıt qətlə yetirildi.
BAKU.WS xəbər verir ki, bu barədə “criminal.az” saytına mərhumun "bratva""sı Elnur Sumqayıtlı məlumat verib. O bildirdi ki, Köçəri ötən gün Ukraynanın paytaxtı Kiyev şəhərində atışma zamanı öldürülüb.
Köçəri dəfn olunması üçün doğulduğu Bərdə rayonuna aparılıb.
K.Sumqayıt mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin klanının üzvü olub. "Qanuni oğru" Dato Ağcabədinski, Dadaş və Ruslan qardaşları ilə yaxın münasibəti olub. K.Sumqayıt Azərbaycanda məhkumluq həyatı yaşayıb.
Atışmanın hansı qruplaşmalar arasında baş verməsi hələlik məlum deyil.
BAKU.WS

Oxşar xəbərlər
Rövşən Lənkəranskinin "qardaş"ı həbs olundu
Çeçen əsilli kriminal avtoritet, "Şeyx Həmzət” ləqəbi ilə tanınan Həmzət Qastəmirov həbs olunub.BAKU.WS xəbər verir ki, Yenicag.az-ın əldə etdiyi məlumata görə,...
