Rəhim Qazıyevin qızlarının başına nə gəlib? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Rəhim Qazıyevin övladlarına məxsus avtomobilin şinlərinin kəsilməsi ailə münaqişəsi zəminində baş verib. Sosial şəbəkələrdə polisin faktla bağlı tədbirsizliyi ilə bağlı yayılan məlumatlar əsassızdır”.
Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Yasamal rayonunda Ş.Əzizova və A.Qazıyevanın birgə idarə etdikləri avtomobilin şinlərinin kəsilməsi ilə bağlı fevralın 1-də 102 Xidməti Zəng Mərkəzinə müraciət daxil olub.
Həmin müraciət üzrə Yasamal RPİ 28-ci Polis Bölməsində aparılan araşdırma zamanı izahatı alınan Ramil Əzizov keçmiş yoldaşı Ş.Qazıyeva ilə boşandıqdan sonra iki azyaşlı övladını ona göstərmədiyi üçün avtomobilin şinlərini dəmir parçası ilə kəsdiyini bildirib.
Yasamal RPİ 28-ci Polis Bölməsində faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.
Oxşar xəbərlər
Bakıda taksi sürücüsünün başına oyun açdılar - FOTO
Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib. Verilən məluma...