İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsinin qarşısı alındı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İrandan Azərbaycana gələn yük nəqliyyat vasitəsində gömrük yoxlaması həyata keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Bu zaman malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə nəqliyyat vasitəsinin qoşqusunun taxta döşəməsinin altında konstruktiv müdaxilə ilə xüsusi olaraq düzəldilmiş gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilmiş külli miqdarda narkotik vasitələr və psixotrop maddələr, habelə Azərbaycanda dövriyyəsinə icazə verilməyən çoxsaylı dərman preparatları aşkar edilərək götürülüb.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, aidiyyəti şəxslər cinayət məsuliyyətinə cəlb olunub.
Hazırda cinayət işinin istintaqı davam etdirilir.
Oxşar xəbərlər
Sosial şəbəkələrdə “patı” və “şüşə” satan narkotacirlər saxlanıldı - VİDEO
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələ...