İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO

20
mar
2023
12:20
Martın 18-də saat 21:10-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Mincivan qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 9 kiloqram 400 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Oxşar xəbərlər
İrandan Azərbaycana 62 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb: Saxlanılan var - FOTO
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidməti...
