İrana getmək istəyən Astara sakini əl-üzünü yuyarkən öldü

İrana getmək istəyən Astara sakini əl-üzünü yuyarkən öldü
Hadisə 574
Astarada orta yaşlı qadın ehtiyatsızlıq ucbatından su anbarında boğulub.BAKU.WS APA-ya istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında rayonun Kijəbə qəsəbəsində Dürriyə kənd sakini, 1971-ci il təvəllüdlü Ağabacı Canhəsən qızı Məmmədova həyat yoldaşı ilə birgə İran İslam Respublikasına getmək üçün avtobus gözləyən zaman əl-üzünü və ayaqqabılarını yumaq istəyib.Yaxınlıqdakı Lovayın su anbarına gedən qadının gec qayıtmasından narahat olan Bəşir Əzizov oraya yaxınlaşanda A. Məmmədovanın su üzərində cansız bədəni ilə rastlaşıb.Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran filialına təhvil verilib. Qeyd edək ki, Lovayın su anbarından yuyunmaq üçün istifadə qadağan olunsa da, son iki ildə sözügedən ərazidə 6 nəfər boğulub.Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Beş gün əvvəl yol qəzasında ölən qadının şəxsiyyəti müəyyənləşib - FOTO

Beş gün əvvəl yol qəzasında ölən qadının şəxsiyyəti müəyyənləşib - FOTO

Beş gün əvvəl Xırdalanda baş verən yol qəzasında dünyasını dəyişən qadının yaxınları tapılıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, ölən qadının yaxınları Məh...

2325 Hadisə 19:25 19 iyun 2019

Son xəbərlər