Qızılağac Milli Parkının iki əməkdaşını güllələyən saxlanıldı – RƏSMİ
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluğ Oktyabrın 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Dövlət Təbiət Qoruğunda baş verən silahlı insident barədə məlumat yayıb.
BAKU.WS-ə daxil olan məlumata görə, qoruqda qanunsuz ov edən şəxs tərəfindən ov silahı ilə atəş açılması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları barədə daxil olmuş material Masallı rayon prokurorluğunda araşdırılıb.
Araşdırmalarla qeyd edilən tarixdə saat 02 radələrində qoruq ərazisində qanunsuz ov edən rayon sakini İlqar Səmədovun qoruğun mühafizəçiləri Böyükkişi Qaraşov və Ariz Cəfərovun qanuni göstərişlərinə məhəl qoymayıb.
O, məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə ov tüfəngindən iki dəfə atəş açıb müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edildiyindən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər istintaq hərəkətləri aparılıb.
İ.Səmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
BAKU.WSOxşar xəbərlər
Qızılağac Milli Parkının iki əməkdaşı güllələndi
Qızılağac Milli Parkının ərazisinə icazəsiz daxil olan və ova cəhd edən şəxs xidməti vəzifələrini yerinə yetirən parkın əməkdaşlarına atəş açaraq hadisə yerində...