Qusarda itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub

Qusarda itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub
Hadisə 441

Qusar rayonu ərazisində qətl hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, itkin düşən 33 yaşlı Sadirov Malik Sadir oğlunun üzərində zorakılıq əlamətləri olan meyiti Qusar-Şahdağ yolunun Xuray kəndi ərazisindən keçən hissəsində, Qusar çayı sahilindəki yamacda aşkar edilib.

Aparılan ilkin əməliyyat axtarış tədbirləri nəticəsində M.Sadirovun martın 20-si, Qubanın Alpan kəndində intihar edən həmkəndlisi, Əniğ kənd sakini, 1996-cı il təvəllüdlü Vəliyev Malik Məlik oğlu tərəfindən qətlə yetirildiyi ehtimal olunur.

Qeyd edək ki, M.Sadirov martın 17-dən itkin düşmüş hesab olunurdu.

Hazırda faktla bağlı Qusar rayon prokurorluğunda cinayət işi açılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanlı kriminal ünsürlərin qanlı razborkası – Dəhşətli cinayətlər

Azərbaycanlı kriminal ünsürlərin qanlı razborkası – Dəhşətli cinayətlər

İyulun 31-də Hacıqabul rayonunda ölkəni şoka salan cinayət hadisəsi baş verdi. BAKU.WS teleqraf.com-a istinadən bildirir ki, həmin gün saat 06 radələrində Hacı...

19528 Hadisə 20:53 01 avqust 2017

Son xəbərlər