İqtisadiyyat Nazirliyi “McDonald’s Azerbaijan”ı məhkəməyə verdi
27
may
2022
11:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan İqtisadiyyat Nazirliyi “McDonald’s Azerbaijan” Qapalı Səhmdar Cəmiyyətini məhkəməyə verib.
BAKU.WS-in oxu.az-a istinadla məlumatına əsasən, İqtisadiyyat Nazirliyinin tərkibində olan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmə iddiası qaldırılıb.
“McDonald’s Azerbaijan” müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməməkdə təqsirləndirilir.
Buraya icarə müqaviləsi üzrə mübahisələr də daxildir.
Qeyd edək ki, məhkəmə prosesi iyun ayında başlayacaq.
Oxşar xəbərlər
Vüqar Səfərli Əli Həsənov və oğlu ilə bağlı məhkəməyə şikayət etdi
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin barəsində olan hökmdən verilən...