Qırğızıstan Dövlət Gömrük Xidmətinin sabiq sədri Bakıda saxlanıldı
05
dek
2018
11:01
Qırğız Respublikasının hüquq-mühafizə orqanları tərəfindən “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmiş bu ölkənin Dövlət Gömrük Xidmətinin sabiq sədri Adamkul Junusov Bakıda saxlanılıb.BAKU.WS-in “Report”a istinadla verdiyi məlumata görə, Qırğız Respublikası Cinayət Məcəlləsinin 304-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə axtarışda olan Adamkul Junusov Heydər Əliyev Beynəlxalq Hava Limanında tutulub.Qeyd edək ki, A.Junusov bu ilin avqust ayında axtarışa verilib. O, 2013-2016-cı illərdə Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin sədri vəzifəsində çalışıb.BAKU.WS
Oxşar xəbərlər
Zeynəb Xanlarovanın oğlu: Komitə ləğv ediləndən bu günə kimi işsizəm
Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarovanın oğlu Ramin Babayev işsizdir.BAKU.WSxəbər verir ki, Ramin Babayev modern.az-a açıqlamasında öz işlərind...