Qonşu qadını öldürən kişiyə bu qədər iş verildi
Beyləqanda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Amil Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Amil Ağayev 19 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Beyləqan rayonunda baş verib. Amil Ağayev gecə saatlarında qonşusu Bəsti Həsənovanın evinə girərək onu boğaraq qətlə yetirib.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Göyçayda kamuflyaj olunaraq evdən quldurluq edən şəxsdən narkotik aşkarlanıb
Göyçayda kamuflyaj olunaraq quldurluq edən şəxsdən narkotik vasitə də aşkarlanıb. Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat...