Qonşusunun evindən 12 min manatlıq xalçanı aparan şəxs ƏLƏ KEÇDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboyda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə BAKU.WS-ə DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən rayonun Baxçakürd kənd sakini ona məxsus evdən oğurluq olunması barədə məlumat verib. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin rayon sakini Elşən Həsənov olduğu müəyyən edilib.
Aparılan araşdırmalarla şübhəli şəxsin vətəndaşa məxsus evdən ümumi dəyəri 12 000 olan xalça, qab-qacaq və digər məişət əşyalarını oğurladığı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...